İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib.
Fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq.
Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib.