“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubla bağlı ortaya çıxan maliyyə fırıldağı ittihamlarına cavab verib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis “Mançester Siti”nin yalnız pula görə oyunlarda qalib gəldiyinə dair iddiaları rədd edib:

“Deyirlər ki, biz yalnız pula görə uduruq. Belə problem həmişə var idi. Çünki yeni səviyyəyə çıxmaq üçün çox vaxt tələb olunur. Pul da lazımdır, vaxt da. Bu, normal haldır, böyük klublar pul xərcləməlidir”.

Mətbuatda “Mançester Siti” və PSJ klublarının FİFA prezidenti Canni İnfantino və UEFA-nın sabiq rəhbəri Mişel Platininin köməyi ilə maliyyə fair-play qaydalarını pozduqlarına dair məlumat yayılıb. MS-nin Abu-Dabidən olan iki sponsorla müqavilə bağladığı, onlardan birinin dövlət investisiya fondu olduğu bildirilir.

 

Komanda.az