Pep Quardiola Messinin hazırkı nəsildən nə ilə fərqləndiyini açıqladı. 

Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Lionel Messi ilə müasir futbolçular arasındakı fərqlə bağlı diqqətçəkən açıqlamalar verib.

Quardiolanın sözlərinə görə, Messi bu gün Avropaya geri dönsə, hazırda “ulduz” hesab edilən futbolçuların böyük hissəsi öz yerini itirərdi:

“Bu gün bir hücumçu mövsümdə 20 qol vurur və dərhal ‘əfsanə’ adlandırılır. Messi isə bu qolu iki aya vururdu və yenə də ‘formasında deyil’ deyirdilər. İndiki futbolçulara analitiklər, ölçü cihazları və xüsusi təlim proqramları lazımdır. Messiyə isə yalnız top və buts kifayət edirdi. Meydana çıxırdı və qeyri-mümkünü mümkün edirdi.”

Baş məşqçi Messinin fizikanın sərhədlərini aşan oyun tərzinə də toxunub:

“Haland möhtəşəm futbolçudur, amma Messinin heç kimin sözünə ehtiyacı yox idi. Mbappe sürəti ilə, Haland zərbələri ilə, De Bruyne ötürmələri ilə seçilir. Amma Messinin yaratdığı anlar insanlar üçün ‘bu mümkün deyil’ dedirdirirdi. Bu günün nəsli araşdırılan rekordlar qırır, Messi isə yaşanan və yadda qalan anlar yaradırdı.”

Quardiola sözlərini belə yekunlaşdırıb:

“Buna görə Messi tarixdə ən yaxşı olaraq qalacaq. Heç bir şübhə yoxdur."