"Arsenal" növbəti transferini reallaşdırıb.

"Topçular" "Borussiya" Dortmundun Qabonlu hücumçusu Pier-Emerik Aubameyanqı heyətinə qatıb. "Arsenal" 28 yaşlı hücumçu üçün qarşı tərəfə 63.7 milyon avro ödəyib.

Qeyd edək ki, Aubameyanq Bundesliqada keçirdiyi 144 oyunda 98 qol vurub.