Pep Quardiola mövsüm sonunda "Maçhester "Siti"ni tərk etmək imkanını dəyərləndirir.

Offsideplus.az xəbər verir ki, baş məşqçinin yaxın çevrəsi onun "Etihad" stadionunda 10 illik xidmətini tamamladıqdan sonra gələn yay postunu tərk edə biləcəyini düşünür.

Klub rəhbərliyi onun potensial ayrılışına hazır olmaq üçün davamlı olaraq namizədlərin siyahısını hazırlayıb. Hazırkı siyahıda aşağıdakı şəxslər yer alır:

  • Vinsent Kompani — "Bayern"
  • Roberto De Zerbi — Marsel"
  • Andoni Iraola — "Bornmut"


Məlumatlara görə, klub rəhbərliyi bu alternativləri izləyir və Quardiola qərarını verdiyi halda dərhal tədbir görməyə hazırdır.