İngiltərə Premyer Liqasında 11-ci tur oynanılır.

Offsideplus.az xəbər verir ki, “Mançester Siti” klubu “Liverpul” üzərində 3:0 hesablı qələbə qazanaraq bütün yarışlarda ardıcıl dördüncü qələbəsini əldə edib.

Bu oyun Pep Quardiolanın baş məşqçilik karyerasında 1000-ci oyunu olub. O, 1000 oyunda 716 qələbə qazanıb, 156 bərabərlik və 128 məğlubiyyət yaşayıb.Bu oyunlarda isə qol nisbəti 2445:813-dür. 

Komanda 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider “Arsenal”dan cəmi 4 xal geri qalır. Beləliklə, çempionluq yarışında gərgin mübarizə davam edir.