Angelos Postekoğlu ilə yollarını ayıran "Nottingem Forets" onun yerinə gətirəcəyi namizədi müəyyən edib.

Offsideplus.az xəbər verir ki, bu postu Şon Dayç tutacaq.

Bu barədə xarici KİV məlumat yayıb.

Ş. Dayç cari mövsüm "Nottingem Forest"in 3-cü baş məşqçisi olacaq. 

Mövsümə Nunu Eşpirito Santu ilə başlayan Premyer Liqa klubu daha sonra Angelos Postekoğlunu gətirmişdi.

Onlar 8 turdan sonra İngiltərə çempionatında 5 xalla 18-ci yerdədir.