"Nottingem Forest" İngiltərə Premyer Liqasının VIII turunda "Çelsi"yə 0:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu bu oyundan sonra baş məşqçi Angelos Postekoğlu ilə yolların ayrıldığını açıqlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Postekoğlu burada cəmi 39 gün işləyə bilib.
Klub onun dövründə bir qələbə belə qazana bilməyib.
60 yaşlı mütəxəssisin rəhbərliyi altında bütün turnirlərdə 9 matça çıxan "Nottingem Forest" bu oyunlarda 2 heç-heçə edib, 7 dəfə isə məğlub olub.



