"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim futbolçusu Manuel Uqartedən razı deyil.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis onun komandadan ayrılmağını istəyir:

"Sən artıq mənimlə "Sportinq"də işləyən oyunçu qədər yaxşı deyilsən. Özünə klub tap".

Uqarte 2024-cü ilin yayında 60 milyon avroya PSJ-dən "Mançester Yunayted"ə transfer olub.

O, daha əvvəl iki mövsüm Amorimin rəhbərliyi altında "Sportinq"də çıxış edib.