"Arsenal" Uilyam Saliba ilə yeni müqavilə imzalayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransalı müdafiəçi 2030-cu ilin yayına qədər "topçular"da çıxış etməyə davam edəcək.
O, cari mövsüm 6 oyunda meydanda olub. Ümumilikdə isə 140 görüşdə London təmsilçisi üçün çıxış edib.



