"Çelsi" klubunun futbolçusu Koul Palmer 3 həftə meydanlardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, bunu London təmsilçisinin baş məşqçisi Entso Mareska açıqlayıb.
Palmer qarşıdakı "Brayton", "Benfika" və "Liverpul"la oyunlarda komandasına kömək edə bilməyəcək.
O, cari mövsüm 4 oyunda 2 qol vurmağı bacarıb.



