Beşiktaş-ın yarımmüdafiəçisi Gökhan Törə karyerasını bitirə bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb 26 yaşlı futbolçunun tez-tez zədələnməsidir.

Yenidən xəsarət aldığı üçün 1 ay komandadan ayrı qalacaq Türkiyə yığmasının üzvünün durumu heç də ürəkaçan deyil. Həkimlər dizindən indiyə qədər 7 dəfə zədə alan və bir dəfə əməliyyat olan Gökhanın yüksək templi futbol üçün yararsız olduğunu düşünürlər. Çünki onun diz qığırdağı artıq deformasiyaya uğrayıb. Törə bundan sonra futbol oynasa belə, tez-tez zədələnmək ehtimalı yüksəkdi.