"Nottingem Forest" baş məşqço Nunu Eşpirito Santo barədə yekun qərarı verib.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu onunla yolları ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis 2023-cü ilin dekabrından burada çalışırdı. Onun komandası ötən mövsüm Premyer Liqada 7-ci yeri tutaraq avrokuboklara vəsiqə qazanmışdı.