"Mançester Siti" Canluici Donnarummanın transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliyalı qapıçı ilə 5 illik müqavilə imzalanıb. Razılaşmada sözləşmənin 1 illik artırılması da mövcuddur.
Qeyd edək ki, Donnarumma "şəhərlilər"in yeni "1" nömrəsi olacaq. O, komandadan ayrılan Edersonu əvəz edəcək.



