"Mançester Siti" Canluici Donnarummaya qovuşur.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər" və PSJ razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, məşhur "here we go" paylaşımını edib.
İtaliyalı futbolçu bu gün tibbi baxışdan keçərək rəsmi müqaviləyə imza atacaq.
MS onun gəlişindən sonra Edersonun "Fənərbağça"ya transferini icazə verəcək.
Qeyd edək ki, bu gün Avropada transferin son günüdür.



