"Tottenhem" Ebereçi Eze transferi üçün "Kristal Pelas"la razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə məlumat yayıb.

Eze "Tottenhem"lə şəxsi məsələlərdə çoxdan razılığa gəlmişdi. Nəhayət, klublar da ortaq məxrəcə gəlib.

27 yaşlı futbolçu 2020-ci ildən "Kristal Pelas"da çıxış edirdi. O, burada 167 oyunda 39 qol vurmağı bacarıb.