"Lids" klubu "Milan"dan Noa Okaforu transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu bu keçidi 20 milyon avroya tamamlamaq istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Okafor 2023-cü ilin yayında "Milan"a qoşulub. O, "qırmızı-qaralar"ın heyətində keçirdiyi 54 oyunda 7 qol vurmağı bacarıb.