"Çelsi" klubu PSJ-nin qapıçısı Canluici Donnarumma barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" italiyalı çərçivə qoruyucusunu transfer etməyi düşünmür.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Çelsi" hazırki qapıçılarından razıdır.
Qeyd edək ki, London klubunda hazırda 3 qolkiper var: Robert Sançes, Filip Yorgensen və Qabriel Slonina.



