"Leyptsiq"in hücumçusu Benyamin Şeşko qərarını verib.
Offsideplus.az xəbər verir ki, sloveniyalı hücumçu "Mançester Yunayted"ə transfer olmaq istəyir. "Leyptsiq" "Nyukasl"la razılığa gəlsə də, gənc hücumçu qərarını verib.
"Mançester Yunayted" Almaniya klubu ilə danışıqları davam etdirir.
Bu barədə "The Athletic" məlumat yayıb.
"Qırmızı şeytanlar"ın ilk təklifi 85 milyon avro idi.
"Nyukasl" Şeşko transferində uğursuz olsa, "Aston Villa"nın futbolçusu Olli Votkinsə yönələcək.



