"Arsenal" klubu Viktor Dyökereş transferi ilə kifayətlənməyi düşünmür.

Offsideplus.az xəbər verir ki, "topçular" isveçli hücumçunun keçidini rəsmiləşdirdikdən sonra hücum xəttini daha bir oyunçu ilə gücləndirməyi planlaşdırır. Siyahıda Xavi Simons və Ebereçi Eze var.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London təmsilçisi bu yay Kepa, Madueke, Martin Subimendi və Kristian Norqardı artıq heyətinə cəlb edib. Onlar son 3 mövsümü Premyer Liqada 2-ci yerdə bitirib.