Aleksis Sançesin “Mançester Yunayted”də alacağı yüksək maaş klubun digər oyunçularının narazılığına səbəb olub.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə həftəlik 500 min funt-sterlinq alacaq çilili futbolçunun qazancının komandanın digər üzvləri - Pol Poqba, David Xea və Zlatan İbrahimoviçi narazı saldığı iddia edilib. Baş məşqçi Joze Mourinyo isə bu narazılıqdan xəbərdar olsa da, məsələnin yayılmaması üçün əlindən gələni edir. Portuqaliyalı mütəxəssisin Sançesin tezliklə MY-nin liderlərindən birinə çevrilməsini arzuladığı, belə olacağı təqdirdə, bu narazılığın azalacağına inandığı qeyd edilib.

Aleksis ötən həftə İngiltərə Federasiya Kubokunun “Yovil Taun”a qarşı oyunda şans qazanmış, meydanda olduğu 72 dəqiqə ərzində yaxşı təsir bağışlamışdı.

komanda.az