Manchester City Ajax-ın gənc ulduzu Frenki de Yonq uğrunda Tottenham-lə apardığı transfer yarışının qalibi olub.

 
Offsideplus.az xəbər verir ki, "The Daily Star" "şəhərlilər"in qışda 21 yaşlı yarımmüdafiəçini heyətinə qatacağını iddia edib. Bu transfer "şəhərlilər"ə 79,8 milyon avroya başa gələcək. Həmin məbləğ klub tarixinin rekordu hesab olunur.
 
Qeyd edək ki, de Yonq 2015-ci ildə Villem II-dən Ajax-a cəmi 1 milyon avroya transfer olunub. Futbolçu cari mövsümdə 15 rəsmi matça çıxıb.