"Fluminense"nin futbolçusu Con Arias Klublararası Dünya Çempionatındakı performansı ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı.
Offsideplus.az xəbər verir ki, "Vulverhempton" 27 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır. Klublar 20 milyon avro qarşılığında razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
C. Arias 2021-ci ildən "Fluminense"də çıxış edirdi. O, Braziliya klubunda 229 oyuna çıxıb və 47 qol vurub.
Kolumbiya millisinin də üzvü olan 27 yaşlı vinger burada 31 oyunda 3 qol vurmağı bacarıb.



