"Arsenal" klubu "Valensiya"nın müdafiəçisi Kristian Moskeranı transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı müdafiəçi də London klubuna qoşulmaq arzusundadır. O, "topçular"la şəxsi məsələlərdə razılığa gəlib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Moskeranın "Valensiya" ilə müqaviləsi gələn ilin yayında bitir. "Yarasarlar" onunla sözləşmə uzatmaq istəsə də, braziliyalı ayrılmağı düşünür.

21 yaşlı futbolçu İspaniya klubunda ümumilikdə 90 oyuna çıxıb və 1 qol vurub.