"Tottenhem" klubunda bu yay gözlənilməz ayrılıq yaşana bilər.
Offsideplus.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Hın Min Sonun London təmsilçisi ilə vidalaşmaq ehtimalı var. Cənubi koreyalı hücumçu Səudiyyə Ərəbistanının bir çox klubundan təklif alıb və tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Hın Min Son 2024-25 mövsümü üzrə "Tottenhem" klubunun heyətində Avropa Liqasının qalibi olub. "Mahmızlar"ın 32 yaşlı kapitanı 2015-ci ildən bu komandanın formasını geyinir.