"Mançester Yunayted" klubu "Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviçlə maraqlanır.
Offsideplus.az xəbər verir ki, serbiyalı futbolçu bu yay Səudiyyə Ərəbistan klubundan ayrılmağı düşünür. Onun dəyəri 40 milyon funt-sterlinq olaraq dəyərləndirilir.
Bu barədə "GiveMeSport" portalı məlumat yayıb.
Mitroviç 2023-cü ilin yayında "Əl-Hilal"a transfer olunub. O, iki mövsümdə 79 oyunda 68 qol vurmağı bacarıb.