"Mançester Yunayted" uğursuz mövsümün ardından ilk transferini edib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Vulverhempton"dan Mateus Kunyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

"Mankunianlar" braziliyalı futbolçunun 62.5 milyon funt sterlinq sərbəstqalma məbləğini ödəyərək keçidi bitirib. Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

Kunya cari mövsüm Premyer Liqada 33 oyunda 15 qol vurmağı bacarıb.