"Mançester Siti" klubu PSJ ilə Çempionlar Liqasının qalibi olan Canluici Donnarumma ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" bu yay qapıçı transfer etmək istəyir. Əsas hədəflərdən biri də italiyalı çərçivə qoruyucusudur.

Mançester klubunun əsas qapıçısı Edersonun bu yay komandadan ayrılacağı gözlənilir.

Bu barədə italiyalı insayder Di Marzio məlumat yayıb.

Donnarumma 2021-ci ildən etibarən PSJ-də çıxış edir. O, cari mövsüm 40 oyunda qapıda olub və bu görüşlərin 12-də qapısını toxunulmaz saxlaya bilib.

Onun Paris klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.