"Mançester Yunayted"dən ayrılan Conni Evans karyerasını da başa vurur.

Offsideplus.az xəbər verir ki, şimali irlandiyalı müdafiəçi 37 yaşında bu qərarı verib.

"Mançester Yunayted" yetirməsi olan Evans 2023-cü ilin yayında yenidən kluba qayıtmışdı.

Evans "qırmızı şeytanlar"dan başqa İngiltərədə "Vest Bromviç", "Sanderlend" və "Lester"də də çıxış edib.

O, 3 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.