"Arsenal" bu yay mütləq mərkəz hücumçusu almaq istəyir.

Offsideplus.az xəbər verir ki, "topçular"ın hədəfində Benyamin Şeşko var. London klubu artıq onun çıxış etdiyi "Leyptsiq"lə danışıqlara başlayıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Şeşko iki mövsümdür Almaniya klubunda oynayır. Sloveniyalı hücumçu cari mövsüm 45 oyunda 21 qol vurmağı bacarıb.

Transfermarkt portalına görə onun dəyəri 65 milyon avrodur.