"Çelsi" Liam Delapı heyətinə qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" gənc hücumçu ilə şəxsi məsələlərdə razılığa gəlib. London klubu bu keçid üçün "İpsviç"ə 30 milyon funt-sterlinq ödəyəcək.
Bu barədə "Sky Sports" televiziya kanalı məlumat yayıb.
Delap cari mövsüm Premyer Liqada 37 oyunda 12 qol vurub.
"Mançester Siti" yetirməsi olan 22 yaşlı hücumçu ötən ilin yayından "İpsviç"də çıxış edirdi.