"Altı ay əvvəl - mənim ilk 3 oyunumda 2 qələbə qazanıb, 1 heç-heçə etdikdən sonra demişdim ki, fırtına yaxınlaşır. Bu gün isə belə acınacaqlı mövsümdən sonra bəyan edirəm ki, yaxşı günlər gəlir". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının axırıncı turunda "Aston Villa" üzərində qələbədən sonra azarkeşlərlə müraciətində deyib.

Portuqaliyalı çalışdırıcı fanatlardan zəif nəticəyə, futbolçularından isə davranışlarına görə üzr istəyib: "Bu mövsümə görə azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, siz mənim və futbolçularımız ucbatından məyus olmusunuz. Əgər nə vaxtsa bütün çətinliklərin öhdəsindən gələ biləcəyini sübut edən bir klub varsa, bu "Mançester Yunayted"dir. Oyunçularımdan da üzr istəmək niyyətindəyəm. Bəzən onlara qarşı ədalətsizlik etsəm də, həmişə ləyaqətimi qorumağa çalışmışam. Çox sağ olun, növbəti mövsüm görüşənədək".

Qeyd edək ki, "qırmızı şeytanlar" Premyer Liqanı 15-ci bitirib. Üstəlik komanda ötən həftə Avropa Liqasının finalında "Tottenhem"ə uduzub (0:1).