6 futbolçu "Mançester Yunayted" ilə vidalaşa bilər.

Offsideplus.az xəbər verir ki, bu futbolçular Bruno Fernandeş, Alexandro Qarnaço, Rasmus Hoylund, Coşua Zirkze, Kazemiro və Andre Onanadır. Bu barədə "Football Insider" nəşri məlumat yayıb. 

Adıçəkilən oyunçuların yay transfer pəncərəsində "qırmızı şeytanlar"la yollarını ayırması gözlənilir. 

Qeyd edək ki, cari mövsümə Erik Ten Haqın rəhbərliyi altında start verib, sezonun gedişatında onu Ruben Amorimə dəyişən "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 16-cı yerdə qərarlaşıb.