"Sanderlend" 2025-26 mövsümündə İngiltərə Premyer Liqasında iştirak etmək hüququ əldə edib.
Offsideplus.az xəbər verir ki, kollektiv dünən Çempionşip finalında "Şeffild Yunayted"i 2:1 hesabı ilə məğlub edib. Beləliklə, Cob Bellinqemin (Cud Bellinqemin qardaşı) formasını geyindiyi komanda növbəti mövsümdən etibarən İngiltərənin ən prestijli futbol turnirində mübarizə aparacaq.
Qeyd edək ki, "Sanderlend" 8 il sonra Premyer Liqaya qayıdıb.



