"Aston Villa" cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Emiliano Martinesin dəyərini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Birmingem təmsilçisi argentinalı qapıçı üçün 40 milyon avro tələb edir.

Bu barədə "talkSPORT" portalı məlumat yayıb.

E. Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, klubda ümumilikdə 211 oyuna çıxıb.

32 yaşlı qapıçı ilə "Mançester Yunayted" və "Atletiko" maraqlanır.