"Mançester Yunayted" yayda yeni qapıçı transfer etməyi düşünür.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Emiliano Martineslə maraqlanır.
Bu barədə "AS" nəşri məlumat yayıb.
E. Martines "Aston Villa" ilə sonuncu matçdan sonra göz yaşlarına hakim ola bilməyib. Onun yayda Birmingem təmsilçisindən ayrılacağı gözlənilir.
Argentinalı qapıçını "Atletiko" da transfer etməyi düşünür.
O, cari mövsüm 52 oyunun 15-də qapısını qola bağlamağı bacarıb.