"Vulverhempton"un futbolçusu Mateus Kunya "Mançester Yunayted"ə keçməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu "qırmızı şeytanlar"ın bu yay ilk transferi olacaq. Tərəflər arasında son danışıqlar gedir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kunya 2023-cü ilin yanvarından "canavarlar"da çıxış edir. O, cari mövsüm Premyer Liqada 29 oyunda 15 qol vurub.