Emiliano Martines bu yay “Aston Villa”nı tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı qapıçı cari mövsümün son ev oyununda göz yaşlarına hakim ola bilməyib. Bu, ayrılıq işarəsi kim qiymətləndirilib.
Birmingem klubu artıq onun yerinə arayışlara başlayıb. “Liverpul”un ehtiyat qapıçısı Kuivin Kelleher siyahıda olan oyunçulardan biridir.
Bu barədə “The I” məlumat yayıb.
Kelleher 2019-cu ildən “Liverpul”un əsas komandasında çıxış edir. O, cari mövsüm 20 oyunda Mersisayd təmsilçisinin qapısını qoruyub.