"Milan"ın futbolçusu Teo Hernandes karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" onunla yaxından maraqlanır.
Bu barədə "TuttoMercatoWeb" portalı məlumat yayıb.
Teonun "Milan"la müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsüm 49 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə fransalı futbolçunun dəyəri 40 milyon avrodur.