"Mançester Yunayted" klubu hazırda "Aston Villa"da icarə əsasında çıxış edən Markus Reşforda satış qiyməti qoyub.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçu ilə Avropanın bir çox klubları yaxından maraqlanır. "Qırmızı şeytanlar" Reşford üçün təklif göndərəcək klublardan 50 milyon avro tələb edəcək.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 2 qol və 2 assistə imza atıb.
"Mançester Yunayted" yetirməsi olan Reşford 2015-ci ildən bu klubun formasını geyinir. O, bu ilin qış transfer pəncərəsində "Aston Villa"ya icarə əsasında göndərilib.



