"Liverpul"un hücumçusu Darvin Nunyesin yayda klubdan ayrılacağını gözlənilir.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu Səudiyyə Ərəbistanına transfer olmağa müsbət yanaşır. Lakin onunla Avropa klubları da yaxından maraqlanır.
Nunyes 2022-ci ildən "Liverpul"da çıxış edir. Mersisayd təmsilçisi ona görə "Benfika" klubuna 85 milyon avro ödəyib.
Uruqvaylı cari mövsüm 45 oyunda 7 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.



