"Mançester Yunayted" Avropada uğurlu mövsüm keçirsə də, Premyer Liqa üçün eyni şeyləri demək olmaz.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" növbəti mövsüm üçün PL-da ilk 6-nı hədəfləyir. Bu, komandanın əsas hədəfi olacaq.
Bu barədə "ManUtdNews" məlumat yayıb.
"Mankunianlar hazırda 16-cı yerdədir. Onlar düşmə zonasındakı komandalardan başqa yalnız Avropa Liqasının finalındakı rəqibi "Tottenhem"i qabaqlaya bilib.
Ruben Amorim gələndən bəri MY mümkün 54 xaldan yalnız 21-ni toplamağı bacarıb.