Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, mükafatı "Vulverhempton"u çalışdıran Vitor Pereyra qazanıb. Onun komandası ötən ay 5 matça çıxıb və hamısında qələbə qazanıb.
V. Pereyra ötən il dekabrından "Vulverhempton"da işləyir. O, düşmə zonasında qəbul etdiyi komanda 13-cü yerə kimi çıxarmağı bacarıb.