Braziliyanın "Flamenqo" klubu Joao Felikslə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" portuqaliyalı futbolçunu "Çelsi"dən satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Feliks hazırda icarə əsasında "Milan"da çıxış edir. O, İtaliya nəhənginin heyətində 16 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Xatırladaq ki, "Flamenqo" bu ilin yanvar ayında "Qarabağ"dan Juninyonu da transfer edib.