"Liverpul" klubu Dieqo Jota üçün gələn təklifləri dəyərləndirəcək.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi portuqaliyalı hücumçu üçün 50-55 milyon avro tələb edir.
Bu barədə "CaughtOffside" portalı məlumat yayıb.
D. Jota ilə "Vulverhempton", "Nyukasl", "Aston Villa", "Əl-Ittihad", "Əl-Nəsr" və "Əl-Hilal" klubları yaxından maraqlanır.
O, cari mövsüm bütün turnirlərdə 34 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.