Cari mövsüm qeyri-sabit çıxış edən "Mançester Yunayted" İngiltərə Premyer Liqasında yerini qorumağı bacarıb.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" bu gün çempionatın XXXIII turu çərçivəsində "Vulverhempton"a 0:1 hesabı ilə uduzub. Paralel gedən oyunda isə "İspviç" öz meydanında "Arsenal" qarşısında darmadağın olub - 0:4.
Məhz bu nəticədən sonra "Mançester Yunayted"in Premyer Liqada qalması rəsmiləşib. Hazırda 38 xalı olan Mançester təmsilçisini sona 5 tur qalmış "təhlükəli zona"dan 16 xal ayırır.
"Mançester Yunayted"lə yanaşı, "Vulverhempton" və "Tottenhem" də gələn mövsüm üçün Premyer Liqada yerini qoruyub.
"Sauthempton"un ardınca çempionatı "Lester" və "İpsviç"in tərk edəcəyi ehtimal olunur.



