Darvin Nunyes bu yay "Liverpul"dan ayrılacaq.
Offsideplus.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, həm oyunçunun, həm də klubun bu barədə qərarı dəqiqdir.
"Əl-Nəsr" yanvar ayında uruqvaylı hücumçu ilə maraqlansa da, bu keçid baş tutmamışdı.
Nunyes özü də yeni səhifə açmağa hazırdır.
O, cari mövsümdə 42 oyunda 7 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.



