Cari mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcək ilk komanda bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Sauthempton" 2024-25 mövsümünün bitməsinə 7 tur qalmış autsayder olublar. Komanda 31 oyuna cəmi 10 xal toplayıb və 20 komanda arasında sonuncu olub.
Qeyd edək ki, "müqəddəslər" 31-ci turda "Tottenhem"ə 1:3 hesabı ilə məğlub olublar.