İspaniya millisinin üzvü Niko Uilyamsın nümayəndələri "Arsenal"a keçmək üçün həftədə təxminən 250 min funt-sterlinq məvacib tələb edib.
Offsideplus.az xəbər verir ki, hazırda bu maaşı "topçular"da Deklan Rays, Kay Haverts, Bukayo Saka və Martin Odeqaard qazanır. İspaniyalı futbolçunun təmsilçiləri oyunçularının da eyni məbləği qazanmağını istəyir.
Bu barədə "Telegraph Football" nəşri məlumat yayıb.
Nikonun Bilbao "Atletik"i ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. O, cari mövsümdə 38 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.