Keçmiş İngiltərə millisinin hücumçusu və “Qızıl top” mükafatçısı Maykl Oven, Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, vaxtilə “Liverpul”un yetirməsi kimi parlayan və daha sonra “Real Madrid”ə transfer olunan Oven, ingilis müdafiəçisinin də İspaniya nəhənginə keçmək ehtimalını dəstəklədiyini bildirib.

Ovenin sözlərinə görə, Trent üçün indi qərar anıdır:

“Azarkeşlərə ‘klubuna sadiq qal, böyük pulların arxasınca qaçma’ demək asandır. Məsələ pulda deyil. Sadəcə, Trent bir gün geriyə baxıb belə bir böyük fürsəti əldən verdiyinə görə təəssüf hissi keçirmək istəmir.”

Oven Arnoldu “Real Madrid”də görür:

“Hər futbolçunun bir karyerası var. Ola bilsin, Trent üçün həlledici andır və karyerasının qalan illərini “Real Madrid”də keçirəcək. O, yəqin ki, özünü xarici liqada və yeni mühitdə sınamaq istəyir.”

O, Arnoldun “Liverpul”un əfsanəsi olduğunu deyib:

“Trent artıq “Liverpul”un əfsanəsidir və bu klub ilə hər şeyi qazanıb. İndi isə özü üçün ən doğru qərarı verməlidir. Mən ayrılmaq qərarına gələndə həmin “Liverpul” indiki qədər yaxşı deyildi. Hazırda “Liverpul” Avropanın ən güclü komandalarından biridir.”